Bank Of Baku

DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşı artırılıb

DSX həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşı artırılıb
# 07 noyabr 2023 11:37 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR