"Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək".
APA xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.
"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq", - Edi Rama vurğulayıb.