“Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
"Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət əvəzləyib.