Bank Of Baku

Elm sahəsində fəaliyyət göstərmiş pensiyaçılara verilən Prezident təqaüdü artırılıb

Elm sahəsində fəaliyyət göstərmiş pensiyaçılara verilən Prezident təqaüdü artırılıb
# 20 dekabr 2021 10:24 (UTC +04:00)

Prezident İlham Əliyev “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə’ fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR