Emanuel Giaufret: Azərbaycan qazı hazırda bir real mənbədir

Emanuel Giaufret

© APA | Emanuel Giaufret

# 10 dekabr 2023 15:42 (UTC +04:00)

Azərbaycan qazı hazırda bir real mənbədir.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Serbiyadakı səfiri Emanuel Giaufret bildirib.

Emanuel Giaufret deyib ki, Serbiya-Bolqarıstan interkonnektoru sayəsində Serbiya daha çox qaz mənbəyinə etibar edə biləcək: “Alternativ mənbələrdən istifadə Avropa İttifaqını daha güclü edir. Son iki ildə biz buna çalışırdıq və bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırır. Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR