Bank Of Baku

Gələn il koronavirus pandemiyası ilə mübarizəyə 70 milyon manat ayrılacaq

Gələn il koronavirus pandemiyası ilə mübarizəyə 70 milyon manat ayrılacaq
# 30 dekabr 2022 15:49 (UTC +04:00)

Gələn il icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsindən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu istiqamətə 70 000 000,0 ayrılması nəzərdə tutulur. Nəzərdə tutulmuş vəsaitin bölgüsünü Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.

Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR