Bank Of Baku

Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək, bunun üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM

Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək, bunun üçün 1 milyon manat ayrılıb - SƏRƏNCAM
# 18 dekabr 2024 16:08 (UTC +04:00)

2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR