Bank Of Baku

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Gələn il üçün yaşayış minimumu  və ehtiyac meyarı 270 manat olacaq
# 26 dekabr 2023 12:13 (UTC +04:00)

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat olacaq.

APA xəbər verir ki, bu Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda əksini tapıb.

Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.

2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR