Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturu dəyişdiyi və ərazi gömrük idarələri yenidən təşkil olunduğu üçün "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” ali xüsusi rütbəli vəzifələri siyahıdan çıxarılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sumqayıt Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.