Bank Of Baku

Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşları 20 faiz artırılıb - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 fevral 2022 18:57 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında Fərman imzalayıb.

APA-nın xəbərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Hərbi Prokurorluq və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR