Bank Of Baku

İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir"

İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir"
# 30 iyul 2023 17:32 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR