Bank Of Baku

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi təsdiqlənib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi təsdiqlənib
# 21 oktyabr 2022 17:11 (UTC +04:00)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi təsdiqlənib.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Nizamnaməyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi (o cümlədən nəzarət və tənzimləmə), habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə fəaliyyətin təşkilini, əlaqələndirilməsini və həyata keçirilməsini (o cümlədən tənzimləməni və nəzarəti) təmin etmək;

- müvafiq sahənin inkişafını təmin etmək;

- rəqəmsal inkişaf səviyyəsini müəyyənləşdirmək, idarəetmə proseslərinin rəqəmsal mühitə daşınması üzrə tədbirlər görmək;

- dövlət informasiya sistemləri və ehtiyatları barədə qiymətləndirmənin aparılmasında iştirak etmək və nəticəsi barədə aidiyyəti üzrə təkliflər təqdim etmək;

- dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışını və qiymətləndirilməsini həyata keçirmək;

- innovativ ekosistemin inkişafını, yerli innovasiyaların istehsalını və ixracını dəstəkləmək;

- innovasiyayönümlü elmi tədqiqatların, innovativ ideya və layihələrin (o cümlədən startapların) təşviqi, bu sahədə fəaliyyət göstərən şəxslərə maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği ilə bağlı tədbirlər görmək;

- müvafiq sahə üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək;

- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR