İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn

© APA | İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn

# 27 may 2024 19:29 (UTC +04:00)

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR