İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ölkənizə rifah, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq".