Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Mülki Məcəlləyə olunan dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə biləcək.