Bank Of Baku

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb, Müşahidə Şurasının tərkibi təsdiqlənib

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb, Müşahidə Şurasının tərkibi təsdiqlənib
# 10 iyul 2024 17:40 (UTC +04:00)

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR