Bank Of Baku

Laçın şəhərində 570 fərdi ev inşa olunacaq, 700-dən çox ailə yerləşdiriləcək

Laçın şəhərində 570 fərdi ev inşa olunacaq, 700-dən çox ailə yerləşdiriləcək
# 18 aprel 2023 16:55 (UTC +04:00)

Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib: “Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.

Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR