Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 27 may 2024 16:13 (UTC +04:00)

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən həmrəylik əlaqələrini təqdir edir, bundan fəxarət hissi duyduğumuzu bildirirəm. Xalqımızın azadlıq və müstəqillik hüquqlarına dəstək verən mövqeyinizi yüksək qiymətləndirirəm.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edəsiniz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR