Malavi Prezidenti Azərbaycan liderini təbrik edib

Malavi Prezidenti Azərbaycan liderini təbrik edib
# 20 may 2025 15:03 (UTC +04:00)

Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakver Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR