Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev, Prezident Maya Sandu

© APA | Prezident İlham Əliyev, Prezident Maya Sandu

# 30 may 2024 14:02 (UTC +04:00)

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Respublikanıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələri yüksək qiymətləndirirəm. Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcəkdir.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR