Bank Of Baku

Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

Məhərrəm  Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib
# 09 dekabr 2023 11:54 (UTC +04:00)

Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda general-polkovnik hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR