Bank Of Baku

Mərakeş Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Mərakeş Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
# 15 fevral 2024 16:55 (UTC +04:00)

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.

Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin xalqlarının qarşılıqlı rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızı möhkəmləndirmək üçün birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR