Bank Of Baku

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
# 02 aprel 2025 16:45 (UTC +04:00)

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.

Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR