Bank Of Baku

Monteneqro Prezidenti: Bu kədərli anlarda düşüncələrimiz dost Azərbaycan xalqının yanındadır

Monteneqronun Prezidenti Yakov Milatoviç

© APA | Monteneqronun Prezidenti Yakov Milatoviç

# 28 dekabr 2024 18:48 (UTC +04:00)

Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:


Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Bu kədərli anlarda düşüncələrimiz Sizin, dost Azərbaycan xalqının və faciəvi hadisənin təsirinə məruz qalan insanların yanındadır. Sizinlə həmrəyik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR