Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müəyyənləşdiriləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
-elektrik şəbəkəsinə dair qaydaları;
-sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini;
-elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını;
- qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını;
-mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını.
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.