Bank Of Baku

Münxen görüşündə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub

Münxen görüşündə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub
# 17 fevral 2024 15:17 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts arasında ikitərəfli görüş keçirilib.

APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, ikitərəfli görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Bundan başqa, qeyd olunub ki, normallaşma prosesi iki tərəf - Azərbaycanla Ermənistan arasında aparılır.

O da bildirilib ki, Almaniya öz xoşməramlı səylərini hər zaman göstərməyə hazırdır və öz platformasını təklif edir.

Görüşdə o da qeyd edilib ki, Almaniya COP29-la bağlı Azərbaycanda bu tədbirin keçirilməsi üçün çox yaxşı imkanların olduğunu düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR