“Bizim konstruktiv müzakirələrimiz oldu”.
APA-nın məlumatına görə, bunu bu gün NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
NATO Baş katibi deyib ki, illər ərzində güclü tərəfdaşlıq olub, tərəfdaşlıq müxtəlif sahələri əhatə edib.
“Azərbaycan Əfqanıstandakı missiyamıza böyük töhfələr verib, Kabil hava limanının qorunmasında, evakuasiyada vacib rol oynayıb. Bütün bu səylərinizə və dəstəyinizə görə təşəkkür edirəm”, - Baş katib vurğulayıb.