Bank Of Baku

“Normativ hüquqi aktlar” informasiya sistemi “kağızsız hökumət”ə keçid prosesini sürətləndirəcək

“Normativ hüquqi aktlar” informasiya sistemi “kağızsız hökumət”ə keçid prosesini sürətləndirəcək
# 06 oktyabr 2023 17:58 (UTC +04:00)

“Normativ hüquqi aktlar” informasiya sistemində formalaşdırılan, yaradılan, əldə edilən, daxil edilən (ötürülən), toplanılan, mühafizə edilən və saxlanılan sənədlər (məlumatlar) Azərbaycan Respublikasının mülkiyyətidir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Sistemin formalaşdırılmasının məqsədi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə aşağıdakıları təmin etməkdir:

- Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən həyata keçirilən normayaratma fəaliyyətinin optimallaşdırılmasını, keyfiyyətinin və operativliyinin yüksəldilməsini;

- normativ hüquqi akt layihələrinin hazırlanmasının, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasının və yuxarı orqanlara təqdim olunmasının elektron qaydada həyata keçirilməsini, “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsini;

- Sistemdə saxlanılan sənədlərin (məlumatların) sistemliliyini və əlçatanlığını, analitik təhlilinin aparılmasını və hesabatların hazırlanmasını.

Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Sistemdən istifadə ödənişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR