Bank Of Baku

Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası həyata keçiriləcək

Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası həyata keçiriləcək
# 27 oktyabr 2023 16:20 (UTC +04:00)

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyası həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyasını həyata keçirmək Səhiyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Qeyd edək ki, indiyə qədər nazirlik səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR