Prezident İlham Əliyevin Fərmanı ilə “Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni Əsasnamə”si təsdiq edilib.
APA xəbər verir ki, əsasnaməyə əsasən, Agentlik direktorunun müavinlərinin sayı artırılıb.
Belə ki, əvvəl Agentliyin direktorunun Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var idisə, yeni əsasnaməyə əsasən, Agentlik direktorunun iki müavini olacaq.