Pirallahı qəsəbəsində avtomobil yolları əsaslı təmir ediləcək

Pirallahı qəsəbəsində avtomobil yolları əsaslı təmir ediləcək
# 08 dekabr 2023 13:27 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 300 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR