Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcək

Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcək
# 02 oktyabr 2023 10:54 (UTC +04:00)

Bu gün Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəkdir.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.

Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlət başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR