Şimali Makedoniya və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyası, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsi Cənubi Qafqaz üçün də maraqlı ola bilər.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd edib.
Dövlət başçısı Azərbaycanın üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təklifini xatırlayıb.