Bank Of Baku

Prezident: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir

Prezident: Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir
# 13 noyabr 2023 13:21 (UTC +04:00)

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Prezident diqqətə çatdırıb ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var.

Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR