Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir.
APA xəbər verir, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə bildirib.
Dövlət başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.