Bank Of Baku

Prezident: "Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar"

Prezident: "Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar"
# 10 oktyabr 2022 13:43 (UTC +04:00)

“Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşdə deyib.

“Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, - dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR