Bank Of Baku

Prezident: Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər

Prezident: Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər
# 06 mart 2023 16:58 (UTC +04:00)

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib.

APA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.

Azərbaycan qadınlarının keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəldiklərini vurğulayan dövlət başçısı qeyd edib ki, bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR