Bank Of Baku

Prezident: Azərbaycan-Qazaxıstan əlaqələri geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır

Prezident: Azərbaycan-Qazaxıstan əlaqələri geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır
# 22 iyun 2023 12:43 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd edib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR