Bank Of Baku

Prezident: Azərbaycan və İordaniya beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyir

Prezident: Azərbaycan və İordaniya beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyir
# 05 oktyabr 2023 11:44 (UTC +04:00)

Azərbaycan ilə İordaniya dost və qardaş, zəngin tarixə malik ölkələrdir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR