Bank Of Baku

Prezident: Azərbaycan xalqı Qarabağ müharibəsi dövründə Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq

Prezident: Azərbaycan xalqı Qarabağ müharibəsi dövründə Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq
# 19 fevral 2024 17:51 (UTC +04:00)

Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Və təbii ki, Azərbaycan sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini işğaldan azad etmişdir. Bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və açıq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarının bu işə müdaxilə etməsindən kənarda saxladı, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh yolu ilə çözə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində çözdük. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”, - Prezident əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR