Bank Of Baku

Prezident: Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir

Prezident: Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir
# 13 oktyabr 2022 09:33 (UTC +04:00)

Hörmətli həmkarlar, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR