Bank Of Baku

Prezident: Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, Ermənistan Konstitusiyası dəyişdirilməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 30 avqust 2024 12:56 (UTC +04:00)

Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunub.

APA xəbər verir ki, Prezident İlham Əliyev deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır.

Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR