Bank Of Baku

Prezident: “Bir-birimizə problem yaratmamalıyıq, qazın qiyməti maraqlarımıza cavab verir”

Prezident: “Bir-birimizə problem yaratmamalıyıq, qazın qiyməti maraqlarımıza cavab verir”
# 24 fevral 2022 13:45 (UTC +04:00)

“Hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür: “Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin, aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR