Bank Of Baku

Prezident Bişkekdə "Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqramda iştirak edib - YENİLƏNİB - VİDEO

Prezident Bişkekdə "Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqramda iştirak edib - YENİLƏNİB  - VİDEO
# 12 oktyabr 2022 16:27 (UTC +04:00)

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda Qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim ediblər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olublar. Burada Qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar.

Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.

***

13:18

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR