Bank Of Baku

Prezident: Biz bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq

Prezident: Biz bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq
# 20 oktyabr 2022 18:20 (UTC +04:00)

“Dünən mən Ağalı kəndində idim. Məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur”.

APA xəbər verir ki, bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, o uşaqların heç biri buranı görməyib: “Hətta onların valideynləri də, bir çoxları işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir. Hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaq. Və biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq. Və bərpa işlərində türkiyəli qardaşlarımız bizimlə bir yerdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR