Bank Of Baku

Prezident: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib

Prezident: Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib
# 16 mart 2024 14:59 (UTC +04:00)

“Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya qitəsi üçün də önəmli ölkələrə çevrilib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri, nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir: “Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR