Bank Of Baku

Prezident: Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək

Prezident: Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək
# 11 iyul 2023 19:23 (UTC +04:00)

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Bu proqramın ölkəmizin öz resurslarına əsaslandığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan MR-da elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur”. Azərbaycan Prezidenti, həmçinin deyib: “Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR