Bank Of Baku

Prezident: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir

Prezident: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir
# 31 oktyabr 2022 18:33 (UTC +04:00)

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması çox ciddi addımların atılmasını tələb edən formatdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdiyini xatırladıb.

Eyni zamanda, Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində oynadığı rolu yüksək qiymətləndirdiklərini vurğulayıb.

Azərbaycan dövlət başçısı bundan sonra da şəxsən Vladimir Putin və Rusiyanın bu hədəflərə çatmaqda da aktiv iştirakına ümid etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR