Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə deyib.
“Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır”, - dövlət başçısı vurğulayıb.