Bank Of Baku

Prezident: “Görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır”

Prezident: “Görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır”
# 10 oktyabr 2022 13:01 (UTC +04:00)

“Cənab səfir, sabahınız xeyir. Əvvəlcə, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edən zaman deyib.


“Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir.

Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində.

Çünki əməkdaşlığımızın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev səfirin çıxışından sonra bildirib: “Təşəkkür edirəm. Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR